İş barədə məlumat
Beynəlxalq satınalma üzrə kiçik mütəxəssis
Öhdəliklər
-Xarici və daxili bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması;
- Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi;
-Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
- Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla danışıqların aparılması;
- Satınalma prosesi ilə bağlı bütün sənədləşmələrin aparılması;
-Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər
Beynəlxalq münasibətlər, logistika və xarici satınalma ixtisaslarından məzun olmuş yaxud magistr tələbələri.
-İngilis dili (B2), rus dili və çin dili biliyi üstünlükdür.
-MS Office proqramları üzrə biliklər.
-İş təcrübəsi arzuolunandır. İş öyrədilir.